Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may
tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş
“Dövlət büdcəsinin tərtibi və icrası
Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 489
Bakı şəhəri,
13 noyabr 2017-ci il
“Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi
və “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli
1189 nömrəli Fərmanının 1.4-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 391; 2005, ¹ 4, maddə 377, ¹
6, maddə 548; 2007, ¹ 2, maddələr 197, 201; 2008, ¹ 2, maddə
105, ¹ 9, maddə 862; 2009, ¹ 11, maddə 936; 2012, ¹ 1, maddə 44;
2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955, ¹ 9, maddə 1596;
2017, ¹ 6, maddə 1237; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 27 oktyabr tarixli 472 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
3.3-cü bəndə “Nazirlər Kabinetinə” sözlərindən
sonra “və Azərbaycan Respublikasının Hesablama
Palatasına kağız və elektron
daşıyıcılar formasında” sözləri əlavə
edilsin.
2.
Aşağıdakı məzmunda 4.4-cü bənd əlavə
edilsin:
“4.4.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi
mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin
gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və
inzibati təsnifatların paraqrafları səviyyəsində)
təsnifatı Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən Azərbaycan Respublikasının
Hesablama Palatasına təqdim edilir.”.
3. V hissə
üzrə:
3.1.
5.3-cü bəndə “bölmələrinə” sözündən
sonra “, habelə Azərbaycan Respublikasının Hesablama
Palatasına kağız və elektron
daşıyıcılar formasında” sözləri əlavə
edilsin;
3.2.
5.4-cü bəndə “Maliyyə Nazirliyinə” sözlərindən
sonra “, habelə Azərbaycan Respublikasının Hesablama
Palatasına kağız və elektron
daşıyıcılar formasında” sözləri əlavə
edilsin;
3.3.
aşağıdakı məzmunda 5.5-3-cü bənd əlavə
edilsin:
“5.5-3.
Dövlət büdcəsinin icrası prosesində dövlət
büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və
inzibati təsnifat üzrə xərclərinin
bölgüsündə dəyişiklik edildiyi təqdirdə,
bu barədə məlumatlar Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan
Respublikasının Hesablama Palatasına təqdim edilir.”;
3.4.
5.31-ci, 5.33-cü və 5.36-cı bəndlərin birinci
cümlələrinə “Nazirlər Kabinetinə” sözlərindən
sonra “və Azərbaycan Respublikasının Hesablama
Palatasına kağız və elektron
daşıyıcılar formasında” sözləri əlavə
edilsin;
3.5.
5.33-cü bəndin ikinci cümləsinə “icrasının”
sözündən sonra “həmin dövr üçün təsdiq
olunmuş təyinatla” sözləri əlavə edilsin;
3.6.
5.36-cı bəndin ikinci cümləsinə “istifadə”
sözündən sonra “, məqsədli büdcə
fondlarının və yerli gəlirlərin vergi və digər
ödəniş növləri üzrə icrası” sözləri
əlavə edilsin.
Yaqub EYYUBOV
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.- 15 noyabr.- S.4.