Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə
keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük
hərraclarında satılması
Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 496
Bakı şəhəri,
17 noyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
25 aprel tarixli 646-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15
sentyabr tarixli 499 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 1 may tarixli
1357 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 10, maddə 1018; 2015, ¹ 5, maddə 642) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə
keçirilmiş malların
və nəqliyyat vasitələrinin gömrük
hərraclarında satılması
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “Məcəlləsinin”
sözündən sonra
“(bundan sonra – Məcəllə)” sözləri
əlavə edilsin.
2.
1.4-cü bənddə “Azərbaycan
Respublikası Gömrük
Məcəlləsinin” sözləri
“Məcəllənin” sözü
ilə əvəz edilsin.
3. 3.10-cu bənddə “Azərbaycan
Respublikasının gömrük
sisteminin büdcədənkənar
inkişaf fonduna köçürülür” sözləri
“Məcəllənin 334-cü maddəsinə uyğun olaraq istifadə olunur” sözləri ilə əvəz edilsin.
4. 3.12-ci bənddə “Azərbaycan
Respublikasının gömrük
sisteminin büdcədənkənar
inkişaf fonduna ödənilən məbləğə”
sözləri “Məcəllənin
334-cü maddəsində nəzərdə
tutulan vəsaitə” sözləri ilə əvəz edilsin.
Yaqub EYYUBOV
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
18 noyabr.- S.5.