Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmişGömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

¹ 497

Bakı şəhəri, 17 noyabr 2017-ci il

 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 646-VQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1357 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 194; 2015, ¹ 5, maddə 636; 2017, ¹ 7, maddə 1483) ilə təsdiq edilmişGömrük ödənişlərinin qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddəəsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundansözləriuyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonraKomitə) hesabına köçürülən vəsaitdənsözləri ilə əvəz edilsin.

2. 6.9-cu bənddəAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonraKomitə) sözləriKomitəyəsözü ilə əvəz edilsin.

3. 6.10-cu bənddəAzərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundansözləriGömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdənsözləri ilə əvəz edilsin.

4. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“7.4. Gömrük yığımları haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır.”.

 

Yaqub EYYUBOV

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Xalq qəzeti.- 2017.- 18 noyabr.- S.5.