“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli 191 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 498
Bakı şəhəri,
17 noyabr 2017-ci il
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Açıq Hökumətin
təşviqinə dair
2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı”nın
1.1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə
40, ¹ 3, maddə 256, ¹ 10, maddə
1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə
868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə
1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr
307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560, ¹ 6, maddələr
733, 747, ¹ 7, maddələr 920, 953, ¹ 10, maddələr 1287, 1319, ¹ 11, maddələr
1505, 1506, ¹ 12, maddə 1656; 2015, ¹ 1, maddə 71, ¹ 4, maddə
465, ¹ 5, maddə 609, ¹ 6, maddə
790, ¹ 7, maddə
893, ¹ 11, maddələr 1415, 1421, ¹ 12, maddə 1573; 2016, ¹ 2 (II kitab),
maddələr 367, 384, ¹ 4, maddələr
774, 830, ¹ 5, maddə
955, ¹ 7, maddələr 1340, 1355, 1358, ¹ 8, maddələr 1446, 1448, ¹ 9, maddə
1578, ¹ 11, maddə 1928, ¹ 12, maddələr 2219, 2233; 2017, ¹ 2, maddə 277, ¹ 4, maddə
624, ¹ 5, maddələr 972, 986, ¹ 6, maddə 1247, ¹ 7, maddələr
1479, 1484, ¹ 9, maddələr 1720, 1725, 1754;
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 17 oktyabr tarixli 436 nömrəli və 20 oktyabr tarixli 464, 468 nömrəli
qərarları) ilə
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Elektron xidmət növlərinin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 38.1-ci bənd ləğv edilsin.
2.
38.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
38.3.“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən ixrac nəzarətinə düşən
mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə icazələrin
verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu
3. Aşağıdakı məzmunda
38.4-cü bənd əlavə
edilsin:
38.4.Məsafədən idarə
edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin
verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu.
Yaqub EYYUBOV
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
18 noyabr.- S.5.