“Diplomatik
xidmət əməkdaşlarının və diplomatik
xidmət orqanlarının inzibati-texniki
xidmətini həyata keçirən inzibati
vəzifə tutan şəxslərin xidməti
attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 499
Bakı şəhəri, 17 noyabr
2017-ci il
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 683-VQD nömrəli Qanununun tətbiqi və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1514 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş
nazirinin
birinci müavini
Xalq qəzeti.- 2017.-
21 noyabr.- S.7.