Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə  verilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 501

Bakı şəhəri, 17 noyabr 2017-ci il

 

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 389; 2011, ¹ 7, maddə 746, ¹ 12, maddə 1256) ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nın 1.1-ci bəndində “faktiki büdcə daxilolmalarının nəzərdə tutulduğundan artıq olması, kassa icrası xəzinədarlıq tərəfindən aparılan büdcədənkənar fondların və məqsədli hesabların (depozit və tapşırıq hesabları) qalıqlarının vahid xəzinə hesabında cəmləşdirilməsi hesabına yaranan qalıqların (bundan sonra – sərbəst qalıqlar)” sözləri “dövlət büdcəsinin vahid xəzinə hesabındakı qalığının (bundan sonra – sərbəst qalıq)” sözləri ilə əvəz edilsin.

 

Yaqub Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin

birinci müavini

                             

Xalq qəzeti.- 2017.- 21 noyabr.- S.7.