“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 500

Bakı şəhəri, 17 noyabr 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il  4 iyul tarixli 936 nömrəli Fərmanının 3.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 4, maddə 289, ¹ 8, maddə 560; 2002, ¹ 8, maddə 549, ¹ 9, maddə 581, ¹ 10, maddə 647; 2003, ¹ 2, maddə 147, ¹ 4, maddə 226, ¹ 10, maddə 614, ¹ 12 (II kitab), maddə 749; 2004, ¹ 3, maddə 196, ¹ 4, maddə 307, ¹ 5, maddələr 389, 390, ¹ 9, maddə 743; 2005, ¹ 10, maddə 980; 2006, ¹ 4, maddə 363, ¹ 7, maddə 652; 2007, ¹ 5, maddə 548, ¹ 6, maddə 700, ¹ 11, maddə 1187; 2008, ¹ 4, maddə 325; 2009, ¹ 11, maddə 938; 2010, ¹ 1, maddə 68; 2012, ¹ 9, maddə 928; 2013, ¹ 7, maddə 871; 2014, ¹ 1, maddə 65, ¹ 2, maddə 197; 2016, ¹ 4, maddə 823, ¹ 8, maddələr 1430, 1445, ¹ 9, maddə 1592, ¹ 10, maddə 1698; 2017, ¹ 1, maddələr 116, 119, ¹ 3, maddə 511, ¹ 4, maddə 644, ¹ 7, maddə 1490,               ¹ 8, maddələr 1615, 1621; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 479 nömrəli qərarı) 1-ci hissəsi ləğv edilsin.

3. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Xalq qəzeti.- 2017.- 22 noyabr.- S.5.