“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə
və hüquqi hərəkətlərə görə ödənilən
dövlət rüsumunun həmin xidmətləri və
hüquqi hərəkətləri həyata keçirən və
ya təşkil edən dövlət orqanlarının, habelə
dövlət notariat kontorlarının xəzinə
hesabına köçürülməsi, istifadə edilməsi,
uçota alınması və hesabatın təqdim edilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli
462 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 503
Bakı şəhəri,
20 noyabr 2017-ci il
“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2017-ci il 30 iyun tarixli 756-VQD nömrəli
Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1567
nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə
və hüquqi hərəkətlərə görə ödənilən
dövlət rüsumunun həmin xidmətləri və
hüquqi hərəkətləri həyata keçirən və
ya təşkil edən dövlət orqanlarının, habelə
dövlət notariat kontorlarının xəzinə
hesabına köçürülməsi, istifadə edilməsi,
uçota alınması və hesabatın təqdim edilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli
462 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1950;
2017, ¹ 6, maddə 1240) adına və 1-ci hissəsinə
“dövlət orqanlarının” sözlərindən sonra “Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslərin” sözləri əlavə
edilsin.
2. Həmin
qərarla təsdiq edilmiş “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə
görə ödənilən dövlət rüsumunun həmin
xidmətləri və hüquqi hərəkətləri həyata
keçirən və ya təşkil edən dövlət
orqanlarının, habelə dövlət notariat
kontorlarının xəzinə hesabına
köçürülməsi, istifadə edilməsi,
uçota alınması və hesabatın təqdim edilməsi
Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
adına, 1.1-ci bəndə “dövlət orqanlarının”
sözlərindən sonra “Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin”
sözləri əlavə edilsin;
2.2.
2.1.1-ci yarımbəndə “onların müvafiq qurumları,”
sözlərindən sonra “Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər,”
sözləri əlavə edilsin.
2.3. həmin
qaydalara əlavənin adına “dövlət
orqanlarının,” sözlərindən sonra “Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslərin,” sözləri əlavə
edilsin.
Artur
RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 23 noyabr.- S.4.