“Azərbaycan
Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və
təşkilatlarda nəqliyyat vasitələrindən istifadə
qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 504
Bakı şəhəri, 20 noyabr 2017-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 764-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1571 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 425 nömrəli və 18 oktyabr tarixli 457 nömrəli qərarları) 3-cü hissəsinə “onun müavinləri,” sözlərindən sonra “yanında olan orqanın rəhbəri,” sözləri əlavə edilsin.
Artur
RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 23 noyabr.- S.4.