“M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 avqust tarixli 331 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 506
Bakı şəhəri, 22 noyabr
2017-ci il
“Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 noyabr tarixli 3340 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 avqust tarixli 331 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8, maddə 1619) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Bu qərar 2017-ci il 1 noyabr tarixindən qüvvəyə minir.”.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 23
noyabr.- S.4.