Bakı şəhərinin
Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət
Evinə Ağaxan Abdullayevin
adının verilməsi və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 17 iyun tarixli 196 nömrəli
qərarı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 512
Bakı şəhəri, 27 noyabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə görkəmli muğam ustası, Azərbaycan Res-publikasının Xalq artisti Ağaxan Abdullayevin adı verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliy-yələşdirilən qurumlar” bölməsinin “5. Mədəniyyət mərkəzləri, evləri və klubları” hissəsinin 5.1.17-ci yarımbəndinə “Türkan” sözündən əvvəl “Ağaxan Abdullayev adına” sözləri əlavə edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 29 noyabr.- S.13.