Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarında  dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 513

Bakı şəhəri, 27 noyabr 2017-ci il

 

Dövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respub-likasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1474 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 3, maddə 485) ilə təsdiq edilmişDövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymət-ləndirmənin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndəbirinci-beşinci kateqoriya dövlət orqanlarındasözlərindən sonra “(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla)” sözləri əlavə edilsin həmin bənddən  ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələrsözləri çıxarılsın.

2. 2.1-ci bəndin birinci cümləsində “, dövlət qulluğu vəzifələri üzrəsözləriinzibati vəzifələr üzrəsözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü 2.1.4-cü yarımbəndlər ləğv edilsin.

4. 2.2-ci bənddənyardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri,” sözləri çıxarılsın.

5. 3.1-ci bəndəuyğun olaraq,” sözlərindən sonrainzibati vəzifələr üzrəsözləri əlavə edilsin.

6. 4.2-ci bəndin cədvəlindən “CA” və “DA” sətirləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 noyabr.- S.13.