“Dövlət qulluğu vəzifələri
üzrə test imtahanından
keçmək barədə
Sertifikatın Forması”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
10 mart tarixli 87 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 514
Bakı şəhəri,
27 noyabr 2017-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respub-likasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 21
iyun tarixli 1474 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 10
mart tarixli 87 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 3, maddə
486) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri
üzrə test imtahanından
keçmək barədə
Sertifikatın Forması”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci hissənin birinci cümləsində “müvafiq”
sözü “inzibati” sözü ilə əvəz edilsin.
2. 2-ci hissədən “və yardımçı”
sözləri çıxarılsın
və həmin hissədə “A, B, C və
D” sözləri “A və
B” sözləri ilə
əvəz edilsin.
3.
2.3-cü və 2.4-cü bəndlər
ləğv edilsin.
4.
3-cü hissədə “A, B, C və D” sözləri “A və B” sözləri ilə əvəz edilsin və həmin hissədən “və yardımçı” sözləri
çıxarılsın.
5. Formaya əlavənin adından “və yardımçı” sözləri,
cədvəlindən “C” və
“D” sətirləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
29 noyabr.- S.13.