Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli
285 nömrəli qərarı ilə təsdiq edilmiş
“Dövlət qulluğuna qəbul üzrə
müsahibədə iştirak etmək üçün müraciətə əlavə
edilməli sənədlərin siyahısı və sənədlərin
qəbulu Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 515
Bakı şəhəri,
27 noyabr 2017-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
31 may tarixli 693-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 21 iyun tarixli 1474 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2017, ¹ 7, maddə 1482; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 444 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bənddən “tam orta təhsil, orta ixtisas təhsili və ya” sözləri çıxarılsın.
2. 2.2-ci bəndin “Qeyd”i ləğv
edilsin.
3. Qaydalara əlavə - “Dövlət qulluğu üzrə müraciət
Forması” üzrə:
3.1.
7.4-cü bənd ləğv
edilsin;
3.2. “Müraciətin doldurulması
ilə bağlı qeydlər”in 4-cü hissəsi
ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
29 noyabr.- S.13.