“Notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimatın təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 418
Bakı şəhəri, 11 oktyabr 2017-ci il
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1509 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə 1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə 1245, ¹ 7, maddə 1491; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 sentyabr tarixli 364 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 33-1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasda “onların idarə olunması və” sözləri “onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.
2. Onuncu abzasda “benefisiar” sözü “benefisiar mülkiyyətçi” sözləri ilə, “benefisiarla” sözü “benefisiar mülkiyyətçi ilə” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 12 oktyabr.- S.6.