“Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində “Şahdağ
Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və Strukturunun təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 405
Bakı şəhəri, 28 sentyabr
2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1588) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizam-naməsi”nin 2.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“2.4. Cəmiyyət lisenziya və ya icazə tələb olunan fəaliyyət növlərini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya və ya icazə aldıqdan sonra həyata keçirə bilər.”
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 1
oktyabr.- S.5.