Pekində Xalq rəssamı
Tahir Salahovun
əsərlərinin sərgisi keçirilir
Azərbaycanın
Çindəki səfirliyindən verilən məlumata görə,
hər il keçirilən Pekin
İncəsənət Festivalı çərçivəsində
müxtəlif ölkələrin tanınmış rəssam,
heykəltəraş, dizayner və digər
incəsənət adamlarının fərdi və tematik sərgiləri, ustad dərsləri, mühazirə
və seminarları təşkil olunur.
Sərgi Pekindəki “798” adlı incəsənət zonasında təşkil olunub. Builki festivalda çinli sənətsevərlər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər. Sərgi oktyabrın 23-dək davam edəcək.
Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-yə yaxın əsəri nümayiş etdirilir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 7
oktyabr.- S.7.