Xalq artisti, teatr və kino aktyoru
Nodar
Şaşıqoğlunun yubileyi qeyd olunub
Azərbaycan və
Rusiyanın Xalq artisti, teatr və
kinoda yaddaqalan obrazlar yaratmış
Nodar Şaşıqoğlu
1927-ci ildə Batumidə anadan olmuş, 2013-cü ildə isə
Bakıda vəfat etmişdir. Kinoda 10-dan çox, teatrda isə
dəfələrlə artıq
obrazlar
yaratsa da,
tamaşaçı onu ilk
növbədə “Uzaq sahillərdə”
filmindəki “Mixaylo”—Mehdi
Hüseynzadə kimi
tanımışdır.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, Əməkdar artist Fuad Osmanov və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Teatr və kino aktyorları, sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri tədbirdə onun həyat və yaradıcılığı, peşəkarlığı haqqında söz açıb öz xatirələrini bölüşmüşlər. Jurnalist–publisist R.Qurbanlı böyük sənətkarın milli kinomuzda qoyduğu əbədi izdən və onunla olan görüşlərindən ətraflı danışmışdır.
Sonda Nodar Şaşıqoğlunun baş rollardan birini ifa etdiyi “Telefonçu qız “ filmindən unudulmaz bəstəkar Tofiq Quliyevin “Bakı” mahnısı səsləndirilmişdir.
Nodar Şaşıqoğlu yaradıcılıq fəaliyyətinə başlayandan tamaşaçı kütləsinin diqqətini çəkmiş, həm teatrda, həm də kinoda yaratdığı qəhrəmanlar bu gün də xalq tərəfindən sevə-sevə yada salınır. Ona böyük şöhrət gətirən isə “Uzaq sahillərdə” filmindəki Mixaylo – Mehdi Hüseynzadə obrazı olub. Onun oynadığı rollar zəngin ifadə vasitələri, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 10 oktyabr.- S.7.