Mədəni sərvətlərə
mühafizə dərəcəsinin tətbiqi
Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli
204 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 420
Bakı şəhəri,
11 oktyabr 2017-ci il
“ “Mədəniyyət
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
15 fevral tarixli 828 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 16 iyun tarixli 1469 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 26
may tarixli 204 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 6, maddə
779) ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə
dərəcəsinin tətbiqi
Qaydası”nın 1.4-cü bəndinə
“obyektlərinin” sözündən
sonra “(“İçərişəhər”
Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının əraziləri
istisna olmaqla)” sözləri əlavə
edilsin və “Azərbaycan Respublikasının
Nazirlər Kabineti” sözləri “Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində
isə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
12 oktyabr.- S.6.