“Azərbaycan Respublikasında mədəni
irs nümunələrinin
qorunması, bərpası
və istifadəsi Qaydası”nın təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 421
Bakı şəhəri, 11 oktyabr
2017-ci il
“Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 16
iyun tarixli 1469 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanun-vericilik Toplusu,
2015, ¹ 7, maddə 897) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
mədəni irs nümunələrinin qorunması,
bərpası və istifadəsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.2-ci bəndin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Həmin siyahılara daxil edilən qoruqların sərhədləri
və mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər
Kabineti, mədəni irs abidələrinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının əraziləri
istisna olmaqla) mühafizə zonaları Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının ərazilərində
isə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
tərəfindən müəyyən
edilir.”.
2.
3-cü hissə üzrə:
2.1.
3.3-cü bənddə “Daşınmaz
mədəni irs nümunələrinin mühafizə
zonaları və qoruqların” sözləri
“Qoruqların mühafizə
zonaları və” sözləri ilə əvəz edilsin;
2.2.
3.4-cü bənddə “Daşınmaz
mədəni irs nümunələrinin mühafizə
zonalarını və
qoruqların” sözləri
“Qoruqların mühafizə
zonalarını və”
sözləri ilə əvəz edilsin.
3.
9.3-cü bəndə “obyektlərinin”
sözündən sonra
“(“İçərişəhər” Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqlarının əraziləri
istisna olmaqla)” sözləri əlavə
edilsin və “Azərbaycan Respublikasının
Nazirlər Kabineti” sözləri “Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində
isə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
12 oktyabr.- S.6.