Uçan xalça” və “Müasir incəsənət xalçalarda

 

Azərbaycan milli-mədəni irsini özündə əks etdirən xalçaçılıq sənətinə hər zaman diqqət və qayğı böyük olub. Dövlətin bu sahəyə olan maraq və diqqəti bu günözünü göstərir. Bunun nəticəsidir ki, Azərbaycan Xalça Muzeyi öz unikallığına görə seçilən möhtəşəm binada yerləşir. Bu fikirləri muzeyin direktoru Şirin Məlikova V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Xalça Muzeyində təşkil edilmişUçan xalça” və “Müasir incəsənət xalçalarda” adlı iki sərginin açılışında qeyd etdi.

 

O bildirdi ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib. Sərginin sponsorları isə Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Sərgi barədə geniş məlumat verən Şirin Məlikova qeyd etdi ki, əsas məqsəd Azərbaycan və Avstriya arasında müasir incəsənət sahəsində əlaqələri daha da möhkəmləndirmək, bu sahədə təcrübə mübadiləsindən bəhrələnməkdir.

Avstriya tərəfindən layihənin art-məsləhətçisi  rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi – Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Avstriyanın paytaxtı Vyanaya, Vyana Tətbiqi Sənət Universitetinin üç tələbəsi – Afra Kirxdorfer, Anka Qaya NidzqorskaEva-Mariya Şerl isə Bakıya dəvət olunublar. Xalçaçı-rəssamlar ölkələrin mədəniyyəti ilə tanış olmaqla yanaşı, “Ənənələr və innovasiyalarsimpoziumu mövzusuna əsasən, sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub. İnanıram ki, bu cür sərgi və simpoziumlar xalçaçılıq sənətinin daha geniş tanıdılması və inkişafına öz müsbət töhfələrini verəcəkdir.”

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək paytaxtımızda təşkil edilən Azərbaycan xalçaları üzrə V Beynəlxalq simpoziumun keçirilməsini yüksək dəyərləndirdi. O qeyd etdi ki, bu cür tədbirlər və sərgilər xalçaçılıq sənətinin qorunması və tanıdılmasında mühüm rol oynayır. Sərginin ekspozisiyalarında nümayiş etdirilən xalçaların orijinallığı və rəngarəngliyi barədə söhbət açan Xalq rəssamı sərginin işinə uğurlar arzuladı.

Layihənin təşkilatçıları sərginin hazırlanmasına kömək edən rəssam və müəllim Tatia Sxirtladzeyə və Vyana Tətbiqi Sənət UniversitetininTekstilazad tətbiqi və eksperimental bədii dizayn” fakültəsinin dekanı Barbara Putz-Pletskoya təşəkkür etdilər.

Uçan xalça” sərgisi “Kəsişmə nöqtəsi” layihəsinin yekun hissəsidir. Sərgidə xalça sənətində müxtəlif dövrlərin əlaqələndirilməsi və bu sənət ənənələrinin xüsusi vurğulanmasını sezmək mümkündür.

Müasir incəsənət xalçalarda” adlı sərgi iştirakçıları Faiq Əhməd, Fərid Rəsulov, ÇingizButunay Haqverdiyevlərin müəllifi olduğu beş əsərə tamaşa etdilər.

Qeyd edək ki, sərgi çərçivəsində tekstil dekoru üzrə ustad dərsləri də təşkil olunacaq.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2017.- 20 oktyabr.- S.7.