Turizm sahibkarlığın inkişafına

geniş imkanlar yaradır

 

Ölkəmizdə turizm sürətlə inkişaf etməkdədir. Şübhəsiz ki, bu inkişafda turizm sahəsində fəaliyyət göstərən şirkətlərin, istirahət və əyləncə müəssisələrinin müstəsna rolu var. Onların sırasında turistlərə yüksək xidmət səviyyəsi ilə seçilən Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Atlant” istirahət və əyləncə mərkəzinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mərkəzin rəhbəri Tahir Qədəşov 2000-ci ildən turizm sahəsində fəaliyyət göstərir. Prezident İlham Əliyevin 26 sentyabr 2017-ci il tarixli sərəncamı ilə ölkədə turizmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Onunla ölkədə turizmin inkişafı ilə bağlı söhbətimizi təqdim edirik.

 

Tahir müəllim, əvvəla sizi belə yüksək mükafat almağınız münasibətilə təbrik edirik.

Bu mükafat mənim üçün olduq­ca önəmlidir. Əməyimin belə yüksək qiymətləndirilməsinə görə möhtərəm Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm. Bu, mükafat həm də bö­yük məsuliyyət deməkdir. Cənab Pre­zident 2006-cı ildə Şimal bölgəsinə səfəri zamanı “Atlantla da tanış olub. Dövlət başçısı burada yaradılan şəraiti yüksək qiymətləndirərək, turizmin inkişafı üçün ölkəmizdə kifayət qədər potensialın olduğunu, istirahət mərkəzinin genişləndirilməsinin vacibliyini bildirib, turizmin gələcək tərəqqisi üçün səylərin daha da artırılmasını tövsiyə edib. Həmin gün bu istirahət ocağının 17 illik tarixinin ən qiymətli səhifəsidir. Dövlətimizin başçısının tapşırıq və tövsiyələri fəaliyyət proqramımıza çevrilib.

– Ötən müddətdə burada nələr dəyişib, hansı yeniliklər olub?

– Əvvəla, deyim ki, “Atlant” istirahət mərkəzi son illər tamamilə yenilənib. Böyüklər və uşaqlar üçün yeni hovuzlar tikilib, akvapark­lar inşa olunub. Altımərtəbəli 120 yerlik otel istifadəyə verilib. Bu günAtlant” kifayət qədər turist qəbul etmək imkanına malikdir. Ərazisi 14.6 hektar olanAtlant” istirahət və əyləncə mərkəzi ilin bütün fəsillərində turistləri qəbul etməyə hazırdır. Bu şəraitin yaradılmasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəstəyini hər zaman hiss etmişik. Qeyd edim ki, fəaliyyətimiz həmişə yüksək qiymətləndirilib, Mədəniyyət və Tu­rizm, Gənclər və İdman nazirliklərinin, “Consulting Biznes” jurnalının fəxri fərmanları ilə təltif olunmuşuq.

Azərbaycanın turizm poten­sialının xarici ölkələrdə təbliği də fəaliyyətimizin əsas sahələrindəndir. Mütəmadi beynəlxalq turizm sərgilərində iştirak etmişik, gələcəkdə də bu işi davam etdirmək fikrindəyik.

Bu gün ölkədə turizmin inkişafı üçün dövlətimiz tərəfindən hər cür dəstək göstərilir. Qeyri-neft sektorunun inkişafında bu sahə xüsusi prioritet təşkil edir. Strateji yol xəritəsində də turizm əhəmiyyətli yerlərdən birini tutur. Sizcə, ölkəmizin turizm potensialından kifayət qədər istifadə edə bilirikmi?

Bu yaxınlarda Nazirlər Kabi­netinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları­na və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin bu sözlərini diqqətə çatdırmaq istərdim: “Turizmin inkişafı növbəti reallıq­dır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikin­tisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır. “ Həqiqətən də belədir. Biz turizmin inkişafı üçün ölkəmizin potensialın­dan tam istifadə edə bilmirik. Amma bu sahədə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan yaxın dövr ərzində bu sahədə əhəmiyyətli nailiyyətlər qazanacaqinkişaf etmiş turizm ölkələri sırasına qatılacaq. Bu, şübhəsizdir. Dövlətimiz turizm sənayesinin gələcəkdə daha da sürətli tərəqqisinin təminatı üçün hər cür şərait yaradır.

“Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu inkişafa əsaslı stimul verib. Artıq bu mühüm sənəddə qarşıya qoyulan vəzifələrin bir qismi reallaşdırılıb. Cənab Prezi­dent bir daha bildirib ki, bu sənəddə qarşıya qoyulan məsələlər 2020-ci ilə qədər öz həllini tapmalıdır.

Qeyd edək ki, turizmin inkişafı ilə bağlı son vaxtlar ölkə Prezidenti bir neçə sərəncam verib və onların icrası istiqamətində tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2016-cı il 1 sentyabr tarixliElektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Vizasisteminin yaradılması haqqında”, habelə 20 fevral 2017-ci il tarix­li “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərib. Cənab Prezidentinqeyd etdiyi kimi, “ASAN Vizasistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin edib. Bizbunu hiss edirik. Bu günAtlanta gələn xarici turistlərin sayının kifayət qədər artması bunun əyani təzahürüdür.

Yol xəritəsində qeyd olu­nur ki, ölkədə turizm infrastruk­turunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin for­malaşdırılması bu sahənin qa­nunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir. Bu məqsədlə “Azərbaycan Respublika­sında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sent­yabr 2016-cı il tarixli sərəncamında müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilib. Bütün bunlar turizm sektorunda əsaslı yeniliklərin olacağına ümidləri artırır.

Siz turizm sahəsində sahib­kar kimi fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, sahibkarlığın inkişa­fına dövlət qayğısı barədə nə demək istərdiniz?

– Əvvəla deyim ki, Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb: “Sahib­karlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.

Azərbaycan sahibkarları hazırda dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. İş adamları bundan ruhlanaraq qeyri-neft sektorunun inkişafında, əhalinin daimi yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında fəallıq göstərir, bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər.

Qeyd edək ki, cənab Prezident çıxışlarında dəfələrlə sahibkarlıq sahəsində yoxlamaların aparılmasına münasibət bildirib. Ölkə başçısı 20 oktyabr 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər” barədə fərman imzalayıb. Bunun biz sahibkarlar üçün çox mühüm əhəmiyyəti var. Belə ki, əvvəllər 14 təşkilatdan yoxlama gəlirdi. Onlarla işləmək həm vaxt aparırdı, həm də müəyyən çətinliklər ortaya çıxırdı. Bu da işin səmərəli təşkilini çətinləşdirirdi. İndi artıq bu maneələr arxada qalıb. 2021-ci ilə qədər belə yoxlamalar dayandırılıb. Yalnız vergidən gələn yoxlamalar istisna təşkil edir.

Biz yeni yerlərinin yaradılma­sına, insanların işlə təmin olunma­larına çalışırıq. Xüsusilə bölgələrdə yaradılan biznes obyektləri bu sahədə əhəmiyyətli rol oynayır.

– Qarşıdan qış turizmi mövsümü gəlir. Buna hazırsınızmı?

Bilirsiniz, bizim turizm mərkəzi dənizin sahilindədir. Burada əsasən yay turizmi üçün əlverişli şərait var. Qışda da turistləri qəbul edirik. On­ların istirahəti üçün lazımi tədbirləri görürük. Amma yayda olduğu kimi, güclü turist axını olacağı real deyil. Gələcəkdə qış turizmi üçün yeni ava­danlıqlar quraşdırmaq, xizək idmanı üçün şərait yaratmaq mümkündür. Buna isə vaxt vəsait lazımdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 28 oktyabr.- S.4.