Şamaxı bütün fəsillərdə

turistlər üçün cəlbedicidir

 

Bu gün ölkəmizin hər yerində olduğu kimi.  Şamaxıda da  sosial-iqtisadi inkişaf, tərəqqi, infrastrukturun yeniləşdirilməsi, bir sözlə, müasirləşmə  həyatın bütün sahələrində günün reallığına çevrilib. Bu reallığı aşağıda rayon rəsmilərindən öyrəndiyimiz fakt və rəqəmlər əsasında geniş şəkildə ifadə etməyə çalışacağıq. Ancaq yazının əvvəlində  dövlət başçımızın dilindən eşitdiyimiz bir qiymətləndirməni yada salmaq istəyirik.  Belə ki, oktyabrın 2-də Şamaxıda  səfərdə olan Prezident İlham Əliyev Şamaxı - Çöl Göylər - Padar  avtomobil yolunun açılış mərasimində çıxış edərkən,  bu qədim diyarın müasir reallıqlarını daha dəqiq ifadə edib: “Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq”.

 

Rayon icra hakimiyyətinin başçısı  Asif Ağayevlə söhbətimizdə də dövlət başçımızın “Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır” – ifadəsini yada saldım. Həmsöhbətim qeyd etdi ki, dövlət başçımız Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında kənd yolları, içməli su, kanalizasiya layihələri, qazlaşdırma ilə bağlı layihələrin bu ilicra edildiyini bildirmiş  bölgələrə mütəmadi səfəri zamanı həmin  dəyişiklikləri gördüyünü bildirmişdi. Biz şamaxılılar məmnunuq  ki, möhtərəm Prezidentimiz Şamaxıda olarkən həmin fikirləri ayrılıqda  rayonumuzun  ünvanına da söylədi.

Asif müəllim fəxrlə yada saldı ki, qədim Şamaxının tarixinə 2 oktyabr 2017-ci il qızıl hərflərlə yazıldı: “Belə ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci   vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rayonumuza tarixi səfər etdilər. Səfər çərçivəsində cənab Prezidentin iştirakı ilə bir sıra obyektlərin,  o cümlədən, Şamaxı-Çöl Göylər-Padar, Pirqulu-Dəmirçi avtomobil yollarının açılışı oldu, Şamaxı şəhərinin içməli su təchizatı layihəsinə, Safari parkına, “AzGranata” MMC-yə məxsus üzüm bağlarına baxış keçirildi. Ölkə rəhbəri qədim Dəmirçi kəndində bərpa edilmiş məscidi ziyarət etdiyeni yaradılmış turizm kompleksində görülmüş işlərlə tanış oldu. Bütün istifadəyə verilən bu turizm obyektləri yaxın gələcəkdə turistlərin rayona böyük axınına səbəb olacaqdır”.

Asif Ağayev  qeyd etdi ki,  prezidentliyi dövründə Şamaxıya altı  dəfə səfər edən dövlət başçısının qayğı və diqqətinə cavab olaraq,  rayonda qarşıya qoyulmuş vəzifələrin icrası həmişə yüksək səviyyədə  təmin edilir.  Məsələn, təkcə bu ilin əvvəlindən bəri  rayonda 163 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Həmin göstəricidə  sənaye məhsulunun həcmi 3,9 milyon  manatdır. Şamaxı kimi aqraryönümlü rayonda bu qədər sənaye məhsulunun istehsal edilməsi rayonda yeni tendensiyanın təməlinin qoyulduğundan xəbər verir.

Bununla yanaşı, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılması məqsədilə məqsədyönlü işlər həyata keçirilir. İlin əvvəlindən  rayon üzrə 2165 daimi yeri açılıb. 2003-cü ildən indiyə kimi isə rayon üzrə 18 min 284 yeri yaradılıb ki, bunun da 15 min 613 daimi yeridir.

Qeyd etdiyimiz kimi, Şamaxının  iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin əvvəlindən həmin sahədə 44 milyon  manatlıq məhsul istehsal edilib ki, bunun da 53,2 faizi heyvandarlıq məhsullarının payına düşür. 2017-ci ilin məhsulu üçün olan əkinlər rayonda 24 min 183,1 hektar sahədə əkin aparılmışdı. Bunun da 22 min 825,1 hektarı strateji məhsul olan dənlilərin payına düşür.  Faktiki olaraq 14 min 270 hektar buğda əkini sahəsindən 27 min 668,7 ton buğda, 8471 hektar arpa əkini sahəsindən isə 15 min 737,9 ton arpa istehsal olunub.

Məlum olduğu kimi, bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri  ölkədə ərzaq bolluğu yaratmaq, idxalın azaldılmasına nail olmaqdır. Şamaxıda da bu məqsədlə səmərəli  addımlar atılır. Ərzaq bolluğu yaradılması və rayona investisiyanın cəlbi məqsədi ilə rayon ərazisində yaradılmış aqroparklarda ötən müddət ərzində xeyli görülüb. “Kürdəmir Süd Emalı Zavodu” MMC-də 2000 başlıq maldarlıq kompleksinin və 80 yerlik otelin tikintisi davam etdirilir. Müəssisədə əkilmiş 1432 hektar sahənin suvarılması müasir qaydalara uyğun olaraq pivot və damcı üsulu ilə həyata keçirilir. “Agro Dairy” və “Agro Fresh” MMC-lərdə 14000 hektar sahəyə şum çıxarılıb və  hazırda səpin işləri aparılır. Əraziyə işıq, qazsu xətlərinin çəkilməsi layihələndirilir. Meysəri kəndinin ərazisində fəaliyyət göstərən “Şirvan şərabları” müəssisəsi tərəfindən inzibatı binanın, şərab emalı zavodunun, hazır məhsul üçün nəzərdə tutulan anbarın və iaşə obyektinin tikintisi  davam etdirilir. Ərazidə 3000 başlıq maldarlıq kompleksinin tikintisi də nəzərdə tutulur.Sobsan” boyaları müəssisəsi tərəfindən 74 hektar sahədə üzüm bağı salınıb, “Avromed” şirkətinə regional baza yaratmaq üçün sərəncam verilib.

Həmsöhbətim qeyd etdi ki,  keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub.  Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq, bu gəlirli sahə 1650 hektara çatdırılıb. Bundan əlavə Meysəri kəndinin ərazisində yerləşən “Şirvan şərabları” müəssisəsində 121,5 hektar  üzüm bağı, 40 hektar isə yeni meyvə bağı salınıb. Hazırda həmin müəssisədə üzüm və meyvə bağlarının əkini davam etdirilir.

Xatırladaq ki, tikinti-quruculuq və abadlaşdırma işləri də rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir. 20 Yanvar parkının yenidən qurulması və əsaslı təmir işləri  başa çatdırılıb.  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tamamlanma işləri görülür. Şəhərin Heydər Əliyev, Seyid Əzim Şirvanı, Gənclər və Şirvan küçələrində yerləşən 8 çoxmənzilli yaşayış binasında təmir işləri aparılıb. Şəhərin Ağsu istiqamətinə çıxışında abadlıq və tikinti işləri davam etdirilib.  Əngəxaran, ÇuxuryurdNağaraxana kəndlərinin mərkəzi küçələrində ötən ildən başlanmış tikinti və abadlıq işləri davam etdirilib.  Rayonun ən qədim kəndlərindən  olan Dəmirçi kəndində turizmin inkişafı məqsədi ilə çox böyük quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilib.

 Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə 14 min nəfər əhalisi olan Göylər-Quşçu avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması üçün “Azəravtoyol” ASC-yə 3,9 milyon  vəsait ayrılmışdı. Hazırda adıçəkilən yolun 11 kilometrində  asfalt-beton örtüyü vurulub başa çatdırılıb.  53 kilometrlik  Şamaxı-Çöl Göylər-Padar avtomobil yolu sakinlərin istifadəsinə verilib. Bundan əlavə Pirquludan Dəmirçi kəndinə gedən avtomobil yolunda təmir işləri başa çatdırılıb.

Əhaliyə və idarə-müəssisələrə göstərilən xidmətlərin səviyyəsi də gündən-günə yaxşılaşır. Rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilir. Ən ucqar kəndlərdən olan Dəmirçi kəndi qazlaşdırılıb. Mədrəsə qəsəbəsi, Məlhəm, Məlçək, Əngəxaran, Meysəri Mirikənd, Həmyə, Mərzəndiyə, Saqiyan və Dəmirçi  kəndlərində əhalini normal təzyiqli və fasiləsiz qazla təmin etmək məqsədi ilə köhnə xətlər yenisi ilə əvəz edilərək siyirtmələr quraşdırılıb.

 “Azərişıq” və Şamaxı elektrik şəbəkəsinin balansında  10/04 kilovoltluq müxtəlif güclü yeni transfarmatorlar quraşdırılıb. Həmin transfarmatorlardan çıxan  hava xətlərində 1828 ədəd istismara yararsız dayaq dəyişdirilib və 78,5 kilometr  naqil SİP kabellə əvəz edilib. Köhnə  hava xətləri dəmir dayaqlarla və SİP kabellə əvəzlənib. Şəbəkə daxilində mərhələli qaydada yenidənqurma işlərinin, şəhər və şəhərətrafı qəsəbə və kəndlərdə kabelləşmənin aparılması,  eləcə də, “Smarttipli sayğacların quraşdırılması nəzərdə tutulur.

Rayon əhalisini keyfiyyətli rabitə xidməti ilə təmin etmək üçün bir sıra tədbirlər həyata keçirilir. Şəhər ərazisində yararsız dirəklər yenisi ilə əvəz edilir, sallaq kabellər tənzimlənir, kabel-kanalizasiya quyuları qrunt sularından təmizlənir və kabellərin texniki parametrləri normaya gətirilir.

Rayonda böyük səbəkəyə malik olan təhsil, səhiyyə və mədəniyyət sahələrində  həyata keçirilən məqsədyönlü tədbirlər  barədə də söz açan rayon rəhbəri qeyd etdi ki, respublikanın bütün regionlarında olduğu kimi, Şamaxının təhsil infrastrukturu ilə bağlı  məsələlər də ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin  peşəkarlığının yüksəlməsi ilə birgə həyata keçirilir.

Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində bu il  rayonun Məlcək kənd 80 şagird yerlik ümumi orta məktəbi istifadəyə  verilib, 80 şagird yerlik Nağaraxana kənd, 132 şagird yerlik Meysəri kənd  tam orta və 40 şagird yerlik şəhər 8 saylı ibtidai məktəblərinin tikintisində son tamamlanma işləri aparılır.

 Bütün bunlar müasir Şamaxı həqiqətləridir. Burada müasir sözünü təsadüfən  işlətmədik. Çünki Asif müəllim dedi ki, qədim tarixə, füsunkar təbiətə, əlverişli iqlim şəraitinə malik, özünəməxsus adət-ənənələri, milli mətbəxi ilə məşhur olan Şamaxı bütün fəsillərdə yerli və xarici turistləri özünə cəlb edir. Bu gün rayonun ərazisində  beşulduzlu üç otel, 22 istirahət-turist mərkəzi mövcuddur. İlin əvvəlindən bəri  Şamaxıya təxminən 105 min  turist gəlib ki, onun da 40 faizi  xarici turistlərdir.  Bir sözlə, Qədim Şamaxı artıq təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də diqqət mərkəzindədir.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2017.- 29 oktyabr.- S.6.