“Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və
Strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 470
Bakı şəhəri,
27 oktyabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 12, maddə 1588) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyində “Şahdağ
Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin
4.4-cü bəndi aşağıdakı
redaksiyada verilsin:
“4.4. Cəmiyyətin nizamnamə
kapitalı 546 775 725.05 (beş yüz qırx altı milyon yeddi yüz
yetmiş beş min yeddi yüz iyirmi beş manat beş qəpik) manatdır və onun səhmlərinin
nominal dəyərindən təşkil
edilir. Nizamnamə kapitalı nominal dəyəri
100 (yüz) manat olan 5 467 757 (beş milyon dörd yüz altmış yeddi min yeddi yüz əlli yeddi) ədəd adi səhmlərdən ibarətdir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
31 oktyabr.- S.6.