Lisenziyalar icazələr haqqındaAzərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 406

 

  Bakı şəhəri, 28 sentyabr 2017-ci il

 

Lisenziyalar icazələr haqqındaAzərbaycan Respublikasının 2016-cı il  15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 1999-cu il    12 yanvar  tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 1, maddə 46; 2008, ¹ 2, maddə 130) ilə təsdiq edilmişXarici ölkələrdə hazırlıq alan tibb əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın altıncı abzasındaxüsusi razılığın (lisenziya)” sözlərilisenziyasözü ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 759, ¹ 12, maddə 1079; 2005, ¹ 6, maddə 535; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 132; 2015, ¹ 4, maddə 472) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  həmin qərarla təsdiq edilmişOvçuluq biletinin forması, qeydiyyatı ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”nın 4.4.2-ci yarımbəndindənxüsusisözü çıxarılsın;

2.2. həmin qərarla təsdiq edilmişOv etmək üçün icazənin verilməsi qaydası”nın 2.3-cü bəndinin yeddinci abzasından 2.5.2-ci yarımbəndindənxüsusisözü çıxarılsın;

2.3. həmin qərarla təsdiq edilmişƏcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası”nın 2.1-ci bəndinin üçüncü abzasından 2.3.2-ci yarımbəndindənxüsusisözü çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 54, ¹ 6, maddə 535; 2008, ¹ 2, maddə 132; 2014, ¹ 11, maddə 1511) ilə təsdiq edilmişAzərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.7-ci bəndinin birinci abzasının ikinci cümləsindənxüsusisözü çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 196) ilə təsdiq edilmişAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”nın 8-ci hissəsinin ikinci abzasının birinci cümləsindən “(xüsusi razılıq)” sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 1 oktyabr.- S.5.