“Polis əməkdaşının
maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 408
Bakı şəhəri, 28 sentyabr
2017-ci il
Azərbaycan Respublikası Prezidentinin
“Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
25 aprel tarixli 643-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
2017-ci il 1 may tarixli
1354 nömrəli Fərmanının
1.2-ci bəndinin və
“Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında,
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsində və
Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət
qulluqçularının sosial
müdafiəsinin gücləndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” 2017-ci il 1
may tarixli 1358 nömrəli
Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA
ALIR:
“Polis əməkdaşının maddi
və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 4 (II kitab), maddə
319; 2004, ¹ 1, maddə 51, ¹ 7, maddə 589, ¹ 11, maddə
970; 2005, ¹ 7, maddə 677; 2006, ¹ 9, maddə 830; 2007, ¹ 5, maddə
544; 2008, ¹ 2, maddə 124; 2009, ¹ 11, maddə 937; 2010, ¹ 4, maddə
359; 2011, ¹ 12, maddə 1260; 2014, ¹ 4, maddə 460, ¹ 5, maddələr
565, 593; 2016, ¹ 6, maddə 1212) 1.4-cü bəndinin birinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“1.4. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi qaydalarının
pozulmasına görə
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyi tərəfindən
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
tətbiq edilən cərimələrdən, nəqliyyat
vasitələrinin müşayiət
olunması və haqqı ödənilən
digər əlavə xidmətlərdən Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
“Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikası Qanununun
23-cü maddəsinin II hissəsinə
əsasən müəyyən
edilən hesabına köçürülən vəsaitin
25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb
olunan əməkdaşlarının
aylıq vəzifə
maaşlarına əlavələrin
verilməsi üçün
istifadə olunur.”
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
1 oktyabr.- S.5.