Elektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”nın İnformasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərinElektron hökumətportalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

№ 409                                                                                     

Bakı şəhəri, 29 sentyabr 2017-ci il

 

Güzəştli mənzilsistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974,  № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 sentyabr tarixli 375 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 43-cü hissə əlavə edilsin:

43. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi üzrə:

43.1.“Güzəştli mənzilsistemi

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 3 oktyabr.- S.7.