1993-cü il
oktyabrın 3-də xalqımız
öz gələcəyini
ulu öndər
Heydər Əliyevə
etibar etmişdir
Müasir Azərbaycanın uğurları
məhz həmin tarixi gündən
başlanır
Azərbaycan
xalqı öz tarixinin
ən mürəkkəb, faciəli dövrünü
yaşayır. Məhz bu
dövrdə mənim üzərimə qoyulan
bu vəzifənin məsuliyyətini dərindən
dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi,
bütün həyatımı bu etibarı doğrultmaq,
xalqın ümidlərini doğrultmaq
işinə həsr edəcəyəm. Belə bir yüksək və məsuliyyətli vəzifəni
üzərimə götürərkən, birinci
növbədə Azərbaycan xalqının zəkasına,
müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram.
Ümummilli lider Heydər Əliyevin
1993-cü il oktyabrın 10-da
keçirilən andiçmə mərasimindəki
nitqindən
Bəli, o, birinci növbədə
öz xalqının zəkasına, müdrikliyinə,
qüdrətinə güvənir,
arxalanırdı. Çünki bu xalqı onun
kimi tanıya biləcək başqa bir lider yox
idi. Elə onun özünü də xalqımız çoxdan və dərindən tanıdığına
görə öz taleyini, gələcəyini,
məşəqqətlərdən qurtarmaq üçün yolların tapılmasını
məhz ona etibar edir, ona
güvənir, ona arxalanırdı. Bu qarşılıqlı inam
və etimadın nəticəsi idi ki, Heydər Əliyev dühasına güvənən xalqımız
1969-82-ci illərdə heç
zaman görünməyən
siyasi, iqtisadi, elmi-texniki və mədəni yüksəlişlərə
imza atmışdı.
Məhz həmin inam və etimadın
nəticəsi idi ki, Azərbaycanda baş qaldıran milli-azadlıq hərəkatını
qan içində boğmaq istəyən sovet rəhbərləri Bakıya qoşun yeridib, günahsız insanları qıranda xalqa dəstək verən ilk siyasətçi
Heydər Əliyev olmuşdu.
Azərbaycan xalqının sınaqlardan
dəfələrlə çıxmış
liderinə olan etimadının göstəricisi
idi ki, Heydər
Əliyevin yaratdığı
Yeni Azərbaycan Partiyasına üz tutan soydaşlarımızın
sayı nəinki günbəgün artmış
və çox qısa müddətdə
Qafqazın ən qüdrətli siyasi təşkilatına çevrilmişdi. Xalqın ona
olan inam və ümidindən söz düşəndə
dərhal göz önünə gələn
faktlardan biri də vətəndaş müharibəsi, qardaş
qırğını, milli
dövlətçiliyin əldən
getməsi kimi təhlükələrlə üz-üzə
qaldığımız günlərdə
xalq xilaskar kimi məhz onu seçmiş və Naxçıvandan Bakıya dəvət etmişdi. Xalq istəyirdi ki,
düşmən mühasirəsində
olan Naxçıvanı
Türkiyədə, İranda
və başqa ölkələrdə olan
şəxsi nüfuzundan
istifadə edərək
çoxsaylı bəlalardan
xilas etmiş Heydər Əliyev indi də bütövlükdə
Azərbaycana nicat, qurtuluş gətirsin.
Heydər Əliyev milli
dövlətçiliyin qorunması
və xalqın gələcəyinin təmin
edilməsi məqsədi
ilə ona müraciət edənləri
cavabsız qoya bilməzdi və qoymadı.
O, Naxçıvandan Bakıya
gəldi və Azərbaycan xalqı cəmi bir neçə
gündən sonra həmin möhtəşəm
qayıdışın nəticəsini
gördü. Çünki iyunun 9-da Naxçıvandan
Bakıya gələn
ulu öndər ayın 13-də Bakıdan
Gəncəyə -- siyasət
naşılarının, diletant
rəhbərlərin qardaş
qırğınına rəvac
verdiyi şəhərə
getdi. Tarixçilərin
fikrincə, ümumilli
liderimizin həmin səfəri təkcə qardaş qırğınının
qarşısını almadı,
həm də möhtəşəm qurtuluşun
ola biləcəyinə
ümid, inam yaratdı. Məhz həmin inamın,
ümidin təcəssümü
olaraq Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Çox qısa
müddətdən sonra
şahidi olduğumuz həqiqətləri dəqiq
qiymətləndirən parlamentarilər
həmin günün Milli Qurtuluş Günü adlandırılması
üçün müzakirələr
açdılar və
tarixi bir qərar qəbul etdilər.
Yəni,
bu yazıda haqqında söz açmaq istədiyimiz 3 oktyabr 1993-cü il prezident seçkilərinə
gedən yolumuzda Xalq – Heydər, Heydər – Xalq qarşılıqlı inam
və etimadı dəfələrlə sınaqdan
keçmişdi və
ona görə də 3 oktyabr seçkilərində ulu
öndərin böyük
səs çoxluğu
ilə qalib gəlməsi nəinki ölkəmizdə, hətta
beynəlxalq aləmdə
də hamı üçün gözlənilən
idi.
Həmin tarixi günlərdə ölkəmizdə gedən
ictimai-siyasi proseslər,
yaşanan problemlər,
diletant siyasətçilər
tərəfindən xalqın
başına gətirilən
müsibətlər barədə
çox yazılıb,
çox danışılıb. Amma elə
səhifələr var
ki, insanlar onları bilavasitə ölkə rəhbərinin
dilindən eşitmək
istəyirlər. Məhz
bu istəyi nəzərə alan
Azərbaycan Prezidenti İlham Əliyev ötən əsrin doxsanıncı illərinin
əvvəlində yaşadığımız
məhrumiyyətlər barədə
dəfələrlə ən
müxtəlif tribunalardan
söz açıb. Məsələn, dövlət
başçımız Yeni
Azərbaycan Partiyasının
yaradılmasının 20 illiyinə
həsr olunmuş təntənəli mərasimdəki
nitqində həmin günləri belə xarakterizə edir: “ Təsadüfi deyildir ki, 1993-cü ilin yayında --Azərbaycanda vətəndaş
müharibəsi başlanan
dövrdə cəmiyyətimizin
bütün ümidləri
yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn
ulu öndər qısa müddət ərzində vəziyyəti
sabitləşdirdi və
bu, imkan verdi ki,
ölkəmiz inkişaf
yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir”.
Ulu öndərin siyasi hakimiyyətə qayıdışının nəticələrini yada salan Prezident İlham Əliyev qeyd edir ki, həmin tarixdən sonra ölkəmizdə çox ciddi islahatlar aparıldı: “Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq”.
Yeri gəlmişkən, ötən ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun rəsmi açılışında geniş nitq söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmişdir. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu. “Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuşuq ,” – deyən Prezident əlavə etdi ki, müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır.
Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanın istənilən sahədəki uğuru barədə danışarkən, mütləq ulu öndərin həmin sahədəki xidmətlərini, fəaliyyətini yada salır. Məsələn, ötən ayın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində nitq söyləyən Prezident İlham Əliyev müasir Azərbaycanın neft sahəsindəki uğurlarının təməlində bilavasitə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin dayandığını yada salaraq demişdir ki, iyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə “Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır: “Doğrudan da, Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər, demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi”.
Prezident xatırlatdı ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: “Hesab edirəm ki, bugünkü mərasimin ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.”
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2017.- 3
oktyabr.- S.9.