“Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 410
Bakı şəhəri, 3 oktyabr
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, “Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təşkili
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli
1206 nömrəli Sərəncamının
1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 14 may tarixli
190 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 5, maddə 671; 2016, ¹ 2 (II kitab),
maddə 391, ¹ 3, maddə
586) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsi”nin
4.4-cü bəndində “885633532 (səkkiz yüz səksən beş milyon altı yüz otuz üç
min beş yüz otuz iki)” rəqəmləri
və sözləri
“1460633532 (bir milyard dörd yüz altmış milyon altı yüz otuz üç min beş yüz otuz iki)” rəqəmləri
və sözləri ilə, “442816766 (dörd yüz qırx iki milyon səkkiz
yüz on altı min yeddi yüz altmış altı)” rəqəmləri və sözləri “730316766 (yeddi
yüz otuz milyon üç yüz on altı min yeddi yüz altmış altı)” rəqəmləri
və sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi,
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatası
və “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyəti bu qərardan irəli gələn məsələləri
həll etsinlər.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 5 oktyabr.-
S.4.