Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişQazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 411

Bakı şəhəri, 3 oktyabr 2017-ci il

 

Qaz təchizatı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 595-VQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 iyun tarixli 2954 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 452; 2012, ¹ 2, maddə 184; 2013, ¹ 6, maddə 744; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 4, maddə 834; 2017, ¹ 6, maddə 1228) ilə təsdiq edilmişQazdan istifadə Qaydaları”nın 2.2-ci bəndinin ikinci cümləsindən sertifikat verildikdənsözləri, üçüncü cümləsindən isə sertifikatın verilməsinəsözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 5 oktyabr.- S.4.