“Yeyinti məhsullarına verilən
uyğunluq, gigiyenik sertifikatlarının və
baytarlıq şəhadətnaməsinin
formasının və
uyğunluq, gigiyenik sertifikatlarının və
baytarlıq şəhadətnaməsinin
verilməsi qaydalarının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 413
Bakı şəhəri,
5 oktyabr 2017-ci il
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 9
mart tarixli 1283 nömrəli
Fərmanının 3.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının
və baytarlıq şəhadətnaməsinin formasının
və uyğunluq, gigiyenik sertifikatlarının
və baytarlıq şəhadətnaməsinin verilməsi
qaydalarının təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 9, maddə
918; 2009, ¹ 1, maddələr 32,34, ¹ 6, maddə 491; 2010, ¹ 12, maddə
1122; 2013, ¹ 5, maddə 583; 2015, ¹ 2, maddələr 227, 237, ¹ 5, maddə
664; 2016, ¹ 6, maddə 1194) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Uyğunluq sertifikatının
forması” üzrə:
1.1. “Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi”
sözləri çıxarılsın;
1.2. “Sertifikatlaşdırma üzrə
orqanın” və “Sertifikatı verən orqanın” sözləri “Uyğunluğu qiymətləndirən
qurumun” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına uyğunluq sertifikatının
verilməsi Qaydası”
üzrə:
2.1. 1.2-ci
bənddə “akkreditə
edilmiş yeyinti məhsullarının sertifikatlaşdırılması
üzrə orqanlar” sözləri “Uyğunluğun
qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş
qaydada akkre-ditasiya edilmiş qurumlar” sözləri ilə əvəz edilsin;
2.2.
1.3-cü bənddən “Sertifikatlaşdırma
üzrə Milli orqanın təsdiq etdiyi” sözləri çıxarılsın;
2.3. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
“1.5. Yeyinti məhsullarına uyğunluq sertifikatının
verilməsini “Uyğunluğun
qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş
qaydada akkreditasiya edilmiş qurumlar həyata keçirirlər.”;
2.4. 2.1-ci
bənddə “məhsulun
sertifikatlaşdırılması üzrə müvafiq orqana” sözləri “uyğunluğu qiymətləndirən
quruma” sözləri ilə əvəz edilsin;
2.5.
2.4-cü bənddən “, belə
orqan olmadıqda isə sifariş Sertifikatlaşdırma üzrə
Milli Orqana göndərilir və sifariş daxil olduğu gündən qeydə alınır” sözləri çıxarılsın
və həmin bənddə “orqanlardan” sözü “qurumlardan” sözü ilə əvəz edilsin;
2.6. 2.5-ci
bənddə, 2.13-cü bəndin
üçüncü cümləsində,
2.15-ci bəndin ikinci cümləsində, 2.24-cü bənddə,
3.1-ci bəndin beşinci
abzasında, 3.4-cü bənddə
ismin müvafiq hallarında “sertifikatlaşdırma
üzrə orqan” sözləri ismin müvafiq hallarında “uyğunluğu qiymətləndirən
qurum” sözləri ilə əvəz edilsin;
2.7. 2.7-ci
bəndin birinci abzasında “konkret məhsul növünün
sertifikatlaşdırılması üzrə akkreditə olunmuş sertifikatlaşdırma
üzrə orqan, belə orqan olmadıqda isə sifarişçinin iştirakı
ilə Sertifikatlaşdırma
üzrə Milli Orqanın nümayəndəsi”
sözləri “uyğunluğu
qiymətləndirən qurum”
sözləri ilə,
ikinci abzasında “sifarişçi tərəfindən
təqdim edilmiş məhsuldan” sözləri
“məhsula dair normativ sənədin tələblərinə uyğun
olaraq” sözləri ilə əvəz edilsin;
2.8.
2.4-cü bənddə, 2.8-ci bəndin üçüncü
abzasında, 2.12-ci bənddə,
2.13-cü bəndin birinci
və ikinci cümlələrində, 2.16-cı bəndin birinci cümləsində, 2.22-ci bəndin
ikinci abzasında,
2.23-cü, 3.7-ci, 4.1-ci, 4.2-ci, 4.3-cü bəndlərdə,
V hissənin adında,
5.1-ci bənddə, 5.3-cü bənddə (birinci halda) ismin müvafiq
hallarında “orqan” sözü ismin müvafiq hallarında “uyğunluğu qiymətləndirən
qurum” sözləri ilə əvəz edilsin;
2.9.
2.14-cü bənd ləğv
edilsin;
2.10.
2.16-cı bəndin birinci
cümləsində “surətinin
bir nüsxəsi” sözləri “surəti” sözü ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın;
2.11. 2.17-ci
bənd aşağıdakı
redaksiyada verilsin:
“2.17. Uyğunluq sertifikatı sifarişçiyə verildikdən
sonra uyğunluğu qiymətləndirən qurum
həmin uyğunluq sertifikatına dair müvafiq məlumatları
dövlət reyestrinə
daxil edilməsi üçün milli akkreditasiya qurumuna təqdim edir.”;
2.12.
2.19-cu bəndin ikinci cümləsində “sertifikatlaşdırma
üzrə orqanın”
sözləri “uyğunluğu
qiymətləndirən qurumun”
sözləri ilə,
“orqanın” sözü
“qurumun” sözü ilə əvəz edilsin;
2.13.
3.1-ci bəndin birinci abzasında “sertifikatlaşdırma
üzrə orqanlarının
verdikləri sertifikatların
tanınması haqqında
qərarı sifarişçinin
müraciəti əsasında
konkret məhsulun sertifikat-laşdırılması üzrə orqanın təklifi ilə Sertifikatlaşdırma üzrə
Milli Orqan qəbul edir” sözləri “uyğunluğunu
qiymətləndirən qurumlarının
verdikləri sertifikatların
tanınmasını akkreditasiya
olunmuş uyğunluğu
qiymətləndirən qurumlar
həyata keçirirlər”
sözləri ilə əvəz edilsin;
2.14.
3.6-cı bənddə “və
Sertifikatlaşdırma üzrə
Milli Orqan” sözləri “, lakin uyğunluğu qiymətləndirən
qurum” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 7 oktyabr.- S.4.