Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması çıxarışda göstərilən məlumatların həcmiQeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 414

Bakı şəhəri, 6 oktyabr 2017-ci il

 

Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 619-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 may tarixli 1408 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491, ¹ 11, maddə 1200; 2014, ¹ 5, maddə 548, ¹ 6, maddə 748, ¹ 9, maddələr 1121, 1122; 2015, ¹ 2, maddə 212; 2016, ¹ 9, maddə 1581; 2017, ¹ 6, maddə 1230) ilə təsdiq edilmişHüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi mühafizəsi Qaydaları”nın 3.1.6-cı yarımbəndinəqeydiyyatısözündən sonra “, təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyədirsə, bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsisözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 7 oktyabr.- S.4.