“Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları”nın və “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından
istifadəyə buraxılış dərəcəsi”nin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 415
Bakı şəhəri, 10 oktyabr
2017-ci il
“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1482 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə 747; 2016, ¹ 8, maddə 1453, ¹ 9, maddə 1585; 2017, ¹ 1, maddə 122, ¹ 5, maddə 963) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 3.6.4-cü və 6.5.2.6-cı yarımbəndlərində “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti” sözləri “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bəndində qeyd edilən digər məlumatlar” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 12
oktyabr.- S.6.