“Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi
üzrə müsabiqələrin keçirilməsi
Qaydası”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 416
Bakı şəhəri, 11 oktyabr
2017-ci il
“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının
1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Elmi fəaliyyətin
qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin
keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə
olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara
edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında
tanış ola bilərsiniz.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2017-ci il 11 oktyabr
tarixli
416 nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
Elmi fəaliyyətin
qrant maliyyələşdirilməsi
üzrə müsabiqələrin keçirilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda “Elm haqqında” Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 37.4-cü
maddəsinə uyğun olaraq hazırlanmışdır və
Azərbaycan Respublikasında fəaliyyət göstərən
elmi müəssisə və təşkilatların, ali təhsil
müəssisələrinin, eləcə də alim və tədqiqatçıların
elmi və elmi-texniki fəaliyyətinin dövlət vəsaiti
hesabına qrant maliyyələş-dirilməsinin həyata
keçirilməsi üzrə müsabiqələrin təşkili
və keçirilməsi
qaydasını müəyyən edir.
1.2. Elmi fəaliyyətin
qrant maliyyələşdirilməsi elmi tədqiqatların
stimullaşdırılması və səmərəliliyinin
artırılması, elmi-texniki poten-sialın səviyyəsinin
yüksəldilməsi, elmi müəssisə və təşkilatların,
ali təhsil müəssisələrinin,
eləcə də alim və tədqiqatçıların rəqabət
qabiliyyətinin artırılması məqsədi ilə həyata
keçirilir.
1.3. Elmi fəaliyyətin
qrant maliyyələşdirilməsi üzrə müsabiqənin
təşkili Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən, fəaliyyət sahələrinə
uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinə qrant verə bilən
qurumların Siyahısı”nda nəzərdə tutulmuş
qurumlar tərəfindən həyata keçirilir.
1.4. Qrant
verən qurum (bundan sonra – Donor) öz fəaliyyətini əməkdaşlıq,
qarşılıqlı məsuliyyət və
hesabatlılıq prinsipləri əsasında qurur. Donorla
münasibətlərində qrant alan
Resipiyent sayılır.
1.5.
Müsabiqə, Donor tərəfindən onun nizamnaməsinə
(əsasnaməsinə), həmçinin fəaliyyət sahələrinə
və planına uyğun olaraq, elm sahəsində dövlət
siyasətinin əsas prinsipləri və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit
olunmuş elmin inkişafı üzrə istiqamətlər əsas
götürülməklə, hər bir müsabiqə
üçün müəyyənləşdirilən
prioritetlər əsasında keçirilir.
1.6.
Müsabiqələrin keçirilməsi və maliyyələşdirilməsi
üçün layihələrin seçimi zamanı Azərbaycan
Respublikasının siyasi, iqtisadi, sosial və mədəni
inkişafına xidmət edən, elmin prioritet istiqamətlərinə
uyğun, innovativ, fundamental və tətbiqi xarakterli kompleks tədqiqatları
əhatə edən layihələrə
üstünlük verilir.
1.7. Müsabiqələrdə elmi
müəssisə və təşkilatlar, ali təhsil müəssisələri,
elmi fəaliyyətlə məşğul olan digər
hüquqi şəxslər (sahə elmi tədqiqat
institutları, QHT-lər (ictimai birliklər və fondlar)
statusundan, tabeliyindən və təşkilati-hüquqi
formasından asılı olmayaraq və Azərbaycan
Respublikasının vətəndaşı olan fiziki şəxslər
(fərdi şəkildə alim, tədqiqatçı və
mütəxəssislər və ya onların layihədə
qoyulmuş problemin həlli üçün
formalaşdırdığı müvəqqəti
yaradıcı kollektivləri) yaşlarından, tutduqları vəzifədən,
elmi adından və elmi dərəcəsindən asılı
olmayaraq, bərabər hüquqlarla iştirak edirlər.
1.8.
Müsabiqənin keçirilməsi və nəticələri
ilə bağlı yaranan mübahisələrə
baxılması üçün donor qurumlarda apellyasiya
komissiyaları yaradılır. Apellyasiya komissiyası
yaranan mübahisələri Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həll edir.
1.9.
Müsabiqənin keçirilməsi barədə elan və
onların nəticələri haqqında məlumatlar dövri
mətbuatda və internet resurslarında yerləşdirilir.
1.10.
Müsabiqənin keçirilmə müddəti, əhatə
edilən elm sahələri və istiqamətləri, həmçinin
layihənin ümumi maliyyələşdirmə həcmi
müsabiqəni keçirən Donor tərəfindən
müəyyən edilir.
2.
Müsabiqəyə təqdim olunan layihələrə və
iştirakçılara dair tələblər
2.1.
Müsabiqəyə təqdim olunan layihələrə dair əsas
tələblər aşağıdakılardır:
2.1.1. layihəni müsabiqədə rəhbəri
(birgə müsabiqələrə təqdim olunmuş
müştərək layihələr üçün isə
əlavə olaraq - həmrəhbər) təmsil edir;
2.1.2. layihənin rəhbəri və
iştirakçıları Azərbaycan Respublikasının vətəndaşı
olmalı, son beş ildə və layihənin icrası
dövründə Azərbaycan Respublikasının ərazisində
daimi yaşamalı və elmi yaradıcılıqla məşğul
olmalıdır;
2.1.3. layihə rəhbəri (həmrəhbəri)
elmi dərəcəyə, elmi nailiyyətlərə, layihəyə
rəhbərlik etmək və ya onu yerinə yetirmək təcrübəsinə,
beynəlxalq elmi əlaqələrə malik olmalıdır;
2.1.4. layihə rəhbərinin və
iştirakçılarının respublikada və xaricdə
çap olunmuş məqalələri olmalıdır;
2.1.5. layihə ölkə və dünya elminin
prioritet istiqamətlərinə uyğun olmalıdır;
2.1.6. layihənin icrası üçün tələb
olunan məbləğ xərclərin istiqamətləri
üzrə müvafiq meyarlarla (o cümlədən, elmi-texniki
və iqtisadi-hüquqi meyarlarla) əsaslandırılmalıdır;
2.1.7. layihədə nəzərdə tutulmuş elmi
tədqiqatların həcmindən və mürəkkəbliyindən
asılı olaraq layihə
iştirakçıları zəruri maddi-texniki bazaya malik
olmalıdırlar.
2.1.8. layihənin icra müddəti üç ildən
çox olmamalıdır.
2.2. Digər
müsabiqələrdə iştirak etmiş və maliyyələşdirilmiş
layihələr eyni mövzu üzrə təkrar olaraq
müsabiqəyə təqdim edilə bilməz.
3.
Müsabiqəyə təqdim olunan layihələrin tərtibatı
və qeydə
alınması
3.1. Layihələr
müsabiqəyə iddiaçı tərəfindən
elektron formatda “online„ rejimində təqdim olunur. Layihənin “online„ qəbulu təsdiq edildikdən
sonra onun kağız üzərində imzalanmış bir
nüsxəsi və müşayiətedici sənədlər
Donorun ünvanına göndərilir. Layihə
müsabiqəyə Donorun hər bir müsabiqə
üçün konkret olaraq müəyyənləşdirdiyi
müddət çərçivəsində təqdim olunur.
3.2. Donora
aşağıdakı sənədlər təqdim olunur:
3.2.1. iddiaçı olan fiziki şəxsin şəxsiyyətini
təsdiq edən sənədin surəti;
3.2.2. iddiaçı olan hüquqi şəxs barədə
hüquqi şəxslərin dövlət reyestrindən
çıxarışın və nizamnaməsinin surəti.
3.3. Bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində
göstərilən şəxslərin adından başqa
şəxs ərizə ilə müraciət etdiyi halda, onun səlahiyyətini
təsdiq edən etibarnamə və təqdim edilməsi nəzərdə
tutulmuş sənədlərin surəti notariat qaydada təsdiq
edilir.
3.4. Təqdim olunan layihələrdə
aşağıdakılar göstərilir:
3.4.1. layihənin adı;
3.4.2. layihənin annotasiyası və açar
sözlər;
3.4.3. layihənin məzmunu, həll olunması nəzərdə
tutulan elmi problemlər, icra mərhələləri, gözlənilən
nəticələr, tətbiq imkanları və onların əsaslandırılması;
3.4.4. iddiaçı qismində
çıxış edən fiziki və ya hüquqi şəxslər,
layihə rəhbərinin və icraçıların elmi fəaliyyəti
haqqında məlumatlar və elmi işlərinin
siyahısı;
3.4.5. layihənin xərclər smetası;
3.4.6. layihənin xarakterindən asılı olaraq,
Donorun tələb etdiyi elmi, bioqrafik və biblioqrafik məlumatlar.
3.5.
Müsabiqəyə təqdim edilən bütün layihələr
iki dildə - Azərbaycan dilində və Donorun müəyyənləşdirdiyi
xarici dildə tərtib edilməlidir. Xarici dildə
müsabiqəyə təqdim edilən sənədlərin
notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə
edilməlidir.
3.6.
Yalnız bu Qaydanın tələblərə uyğun təqdim
olunmuş layihələr ekspertiza mərhələsinə
buraxılır.
3.7.
Müsabiqəyə təqdim olunan sənədlər geri
qaytarılmır.
3.8.
Müsabiqəyə təqdim olunmuş layihənin
ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik
hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif
Hüquqları Agentliyində qeydiyyatdan keçirilir.
3.9. Donor
müsabiqəyə layihələrin təqdim olunması
müddətində, layihələrin tərtibatı və tələb
olunan sənədlərlə bağlı yaranan sualların
cavablandırılması, məsləhətlərin verilməsi
və təlimatların hazırlanması üzrə işləri
təşkil edir.
4.
Müsabiqəyə təqdim olunan layihələrin
ekspertizası
4.1.
Müsabiqəyə təqdim olunan bütün layihələr
ekspertizadan keçirilir. Ekspertizanın əsas
məqsədi təqdim olunmuş layihələrin elmi səviyyəsinin
və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən
və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun
müəy-yən edilməsindən ibarətdir.
4.2.
Müsabiqəyə təqdim olunan layihələrin
ekspertizası müsabiqəni keçirən Donor tərəfindən
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 27-ci
maddəsinin tələbləri nəzərə alınmaqla və
Donorun hazırladığı daxili ekspertiza qaydaları əsasında
aparılır.
4.3. Layihələrin
ekspertizası bu sahədə təcrübəsi olan yüksəkixtisaslı
müstəqil ekspertlər və Donorun daimi fəaliyyət
göstərən ekspert komissiyaları (və ya
şuraları) tərəfindən aparılır. Müstəqil ekspertlər haqqında məlumatlar
müsabiqə iştirakçılarına
açıqlanmır.
4.4. Zəruri
hallarda layihələr təkrar ekspertizaya göndərilir.
4.5. Layihələr
barədə daxil olmuş rəylər, Donorun daimi ekspert
komissiyası tərəfindən müzakirə edilir və ekspertizanın
nəticələrinə dair arayış və tövsiyələr
hazırlanır.
4.6. Qrant
verilməsi barədə qərarda Resipiyent haqqında məlumatlar,
qrant layihəsinin adı, layihənin məbləği, icra
müddəti və
müsabiqənin adı göstərilir;
4.7. Qrant
verilməsi və ya verilməməsi barədə məlumat
layihə rəhbərinə elektron məktub və digər
vasitələrlə çatdırılır.
4.8. Qrant
verilməsindən imtina edilməsi barədə qərarda
imtinanın səbəbləri göstərilir.
5.
Müsabiqənin qalibi olmuş layihələrin maliyyələşdirilməsi
5.1. Layihənin
yerinə yetirilməsi məqsədi ilə Donorla Resipiyent
arasında ikitərəfli müqavilə
bağlanılır. Müqavilə Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və bu
Qaydanın tələbləri nəzərə alınmaqla,
hüquqi və maliyyə standartlarına uyğun formada Donor tərəfindən
hazırlanır.
5.2.
Müqavilədə tərəflərin öhdəlikləri,
hüquq və vəzifələri, layihənin məqsədi,
qısa elmi məzmunu, həll olunması nəzərdə
tutulan məsələlər, mərhələlər və
icra müddəti, gözlənilən nəticələr və
tətbiq imkanları, layihənin maliyyələşdirilmə
həcmi və qaydası, hesabatların təqdimedilmə
müddəti, maliyyə, elmi və texniki monitorinq qaydaları
öz əksini tapır.
5.3.
Donorla layihənin rəhbəri arasında
bağlanılmış müqavilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216
nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant
müqavilələrinin (qərarlarının) qeydə
alınması Qaydası”nın 1.3-cü bəndinə
uyğun olaraq qeydə alınır.
5.4. Layihənin
maliyyələşdirilməsi üçün nəzərdə
tutulan məbləğ mərhələlər nəzərə
alınmaqla, müvafiq bank hesabına
köçürülür. Qrant məbləğindən rüsumlar və dövlət
büdcəsinə müvafiq icbari ödənişlər
tutulmur. Layihənin icrası zamanı vergilərlə
bağlı məsələlər Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.
Qrant məbləğinin məcburi dövlət
sosial sığortasına cəlb olunması “Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.
5.5. Layihənin
icra müddətindən asılı olaraq, maliyyələşdirilmə
birdəfəlik və ya mərhələlər üzrə həyata
keçirilir.
5.6. Donor verdiyi
qrantın təyinatı üzrə istifadə edilməsinə
nəzarəti həyata keçirir. Donor maliyyələşdirdiyi
layihələr üzrə hesabatlar (rüblük,
yarımillik, illik, aralıq və yekun) tələb etmək və
maliyyə monitorinqini keçirmək, qiymətləndirmə
aparmaq hüququna malikdir.
Xalq qəzeti.-
2017.- 12 oktyabr.- S.6.