Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 419         

Bakı şəhəri, 11 oktyabr 2017-ci il

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1509 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 608; 2016, ¹ 8, maddə 1449) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. AdındaMərkəzi Bankı yanında Maliyyə Monitorinqi XidmətinəsözləriMaliyyə Bazarlarına Nəzarət Palatasınasözləri ilə əvəz edilsin.

2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonraMaliyyə Bazarlarına Nəzarət Palatası) təqdim etməlidir.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 12 oktyabr.- S.6.