Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı
ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin,
faizlərin və maliyyə sanksiyalarının
vergi ödəyicisinə
qaytarılması Qaydaları”nda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 423
Bakı şəhəri,
11 oktyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 2, maddə 126; 2003, ¹ 4, maddə 214, ¹ 6, maddə
349; 2005, ¹ 2, maddə 134; 2006, ¹ 2, maddə 184, ¹ 3, maddə
308; 2010, ¹ 10, maddə 905) ilə
təsdiq edilmiş “Artıq ödənilmiş
vergilərin, faizlərin
və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.
5.1.4-cü yarımbənddə “Vergi Məcəlləsində
başqa hallar müəyyən edilməmişdirsə,”
sözləri “Bu Qaydaların
5.4-cü bəndində nəzərdə
tutulmuş hallar istisna olmaqla” sözləri ilə əvəz edilsin.
2. 5.2-ci bəndə “45” rəqəmindən
sonra “və ya bu Qaydaların
5.4-cü bəndində nəzərdə
tutulmuş 20” sözləri
əlavə edilsin.
3.
5.4-cü bənd üzrə:
3.1. birinci abzasda
“45” rəqəmi “20” rəqəmi
ilə əvəz edilsin;
3.2. ikinci abzas
aşağıdakı redaksiyada
verilsin:
“Digər vergi ödəyicilərinin əvəzləşdirilən
vergi məbləğinin
hesabat dövrü ərzində hesablanmış
vergi məbləğindən
artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların
ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən
Vergi Məcəlləsində
nəzərdə tutulan
qaydada artıq ödəmələrin dürüstlüyü
araşdırılır. Həmin
3 ay müddət bitdikdən
sonra dürüstləşmənin
başa çatdırılmasından
asılı olmayaraq, vergi tutulan əməliyyatlardan
yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən
20 gün ərzində
büdcədən qaytarılır.”.
4. 5.7-ci bəndə “25” rəqəmindən
sonra “və ya bu Qaydaların
5.4-cü bəndində nəzərdə
tutulmuş hallarda 12” sözləri əlavə
edilsin.
5. 6.2-ci bəndə “5” rəqəmindən
sonra “və ya bu Qaydaların
5.4-cü bəndində nəzərdə
tutulmuş hallarda 4” sözləri əlavə
edilsin.
6. 7.1-ci bəndin ikinci abzasına “45” rəqəmindən
sonra “və ya bu Qaydaların
5.4-cü bəndində nəzərdə
tutulmuş 20” sözləri
əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 12
oktyabr.- S.6.