“Azərbaycan Respublikasının
xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə
və onların aparatlarının işçilərinə təminatların
verilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 430
Bakı şəhəri,
13 oktyabr 2017-ci il
“Azərbaycan Respublikasının
xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin
fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli
Fərmanının 3.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və
konsulluqlarında ticarət nümayəndələrinə və
onların aparatlarının işçilərinə təminatların
verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 17 oktyabr.- S.2.