Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun nəzdində Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslər
üçün Sosial Adaptasiya Mərkəzinin
yaradılması və istismarı ilə bağlı məsələlər
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 434
Bakı şəhəri, 17 oktyabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılsın.
2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Qobustan rayonunda istismarına icazə verilmiş binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar Sosial Adaptasiya Mərkəzinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilsin.
3. Müəyyən edilsin ki, Sosial Adaptasiya Mərkəzinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Nizamnaməsini təsdiq etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Qobustan Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Artur
RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 18 oktyabr.- S.4.