“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli 191 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 436
Bakı şəhəri, 17 oktyabr
2017-ci il
“Məcburi köçkünlər
və onlara bərabər tutulan şəxslər üçün
vahid aylıq müavinətin müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
yanvar tarixli 1206 nömrəli Fərmanının
2.3-cü bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə
40, № 3, maddə 256, № 10, maddə
1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə
868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə
1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr
307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr
733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr
1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə
465, № 5, maddə 609, № 6, maddə
790, № 7, maddə 893, № 11, maddələr
1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367,
384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr
1340, 1355, 1358, № 8, maddələr 1446, 1448,
№ 9, maddə 1578, № 11, maddə
1928, № 12, maddələr 2219, 2233; 2017, № 2,
maddə 277, № 4, maddə
624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr
1479, 1484; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 12 sentyabr tarixli 363 və 368 nömrəli qərarları)
ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 21.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“21.2. Vahid aylıq
müavinət verilən
məcburi köçkünlər
və onlara bərabər tutulan şəxslər barədə
məlumatın təqdim
edilməsi”.
2.
21.3-cü və 21.4-cü bəndlər
ləğv edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-2017.- 20 oktyabr.-
S.4. `