“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 439
Bakı şəhəri,
17 oktyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 1 may tarixli
1356 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 6, maddə 375; 2007, ¹ 2, maddə 201; 2008, ¹ 1, maddə
46; 2011, ¹ 8, maddə 783) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”ndə aşağıdakı
dəyişikliklər edilsin:
1.
1.4-cü bəndin dördüncü
abzasının sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda beşinci abzas əlavə edilsin:
“bağlanılmış müqavilələr əsasında
ödənişli əsaslarla
müxtəlif sahələrdə
çalışan mütəxəssislərin
ixtisaslarının artırılması.”.
2. 7.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“7.1. Mərkəz dövlət
büdcəsinin vəsaitləri
və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsində
nəzərdə tutulan
və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlər,
habelə bağlanılmış
müqavilələr əsasında
ödənişli əsaslarla
müxtəlif sahələrdə
çalışan mütəxəssislərin
ixtisaslarının artırılmasından,
həmçinin elmi tədqiqat işlərindən
əldə edilən vəsait və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına
maliyyələşdirilir.”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 20
oktyabr.- S.4.