Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli
285 nömrəli qərarı ilə təsdiq edilmiş
“Dövlət qulluğuna qəbul üzrə
müsahibədə iştirak etmək üçün müraciətə əlavə
edilməli sənədlərin siyahısı və sənədlərin
qəbulu Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 444
Bakı şəhəri,
17 oktyabr 2017-ci il
“Dövlət qulluğu vəzifəsinin tutulması
məqsədi ilə müsahibə keçirilməsi
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 21
iyun tarixli 1480 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 7, maddə 1482) ilə
təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak
etmək üçün
müraciətə əlavə
edilməli sənədlərin
siyahısı və sənədlərin qəbulu
Qaydaları”nın 7-ci hissəsinin
birinci cümləsində
“Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 17 sentyabr tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin
beşinci-yeddinci təsnifatlarına
uyğun olan vakant vəzifələrin
tutulmasının ümumi
şərtləri”nin” sözləri
“Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 21
iyun tarixli 1480 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin
tutulması məqsədi
ilə müsahibə
keçirilməsi Qaydası”nın
2.5-ci bəndinə uyğun
olaraq müəyyən
edilən vakant vəzifələrinin tutulmasının
ümumi şərtlərinin”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 20
oktyabr.- S.4.