“Xüsusi təhsil müəssisələri
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 10
may tarixli 78 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 448
Bakı şəhəri,
17 oktyabr 2017-ci il
“Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 31 may tarixli
691-VQD nömrəli Qanununun
tətbiqi və “Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyul tarixli 540 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 12 iyul tarixli 1520 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrası məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 10
may tarixli 78 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
315; 2005, ¹ 3, maddə 255; 2007, ¹ 2, maddə 185; 2009, ¹ 10, maddə
857; 2017, ¹ 4, maddə 629) ilə
təsdiq edilmiş “Xüsusi təhsil müəssisələri haqqında
Əsasnamə”nin 8-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
“8. Xüsusi təhsil müəssisəsinin akkreditasiyası,
xüsusi təhsilin keyfiyyətinə nəzarət
və təhsil alanların attestasiyası
“Sağlamlıq imkanları
məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası
Qanununun 24-cü maddəsinə
uyğun həyata keçirilir.”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
20 oktyabr.- S.4.