Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 449

Bakı şəhəri, 18 oktyabr 2017-ci il

 

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 714-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 3064 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 444; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 942; 2015, ¹ 2, maddə 230; 2017, ¹ 5, maddə 964) ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.5-ci bəndində “Azərbaycan Respublikasının qanunları ilə” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 21 oktyabr.- S.3.