“Sağlamlıq
imkanları məhdud şəxslər üçün
məktəbəqədər xüsusi təhsil
müəssisələri haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
4 mart tarixli 24 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 450
Bakı şəhəri,
18 oktyabr 2017-ci il
“Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 31 may tarixli 691-VQD nömrəli Qanununun tətbiqi və
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1520
nömrəli Fərmanının 1.2-ci bəndinin icrası məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 191; 2007, ¹ 2, maddə 185;
2008, ¹ 2, maddə 130; 2009, ¹ 10, maddə 857; 2012, ¹ 3, maddə
255) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud
şəxslər üçün məktəbəqədər
xüsusi təhsil müəssisələri haqqında
Əsasnamə”nin 34-cü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“34.
Məktəbəqədər xüsusi təhsil müəssisələrinin
akkreditasiyası “Məktəbəqədər təhsil
haqqında” və “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun həyata
keçirilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 oktyabr.- S.3.