Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq
edilmiş “İstehsalat
qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş
işçiyə və ya bu səbəbdən həlak olmuş
işçinin ailə üzvlərinə
və himayəsində olan digər şəxslərə ödənclərin
verilməsi qaydaları, şərtləri və məbləği”ndə
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
¹ 453
Bakı şəhəri, 18 oktyabr
2017-ci il
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3092 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 66; 2004, ¹ 8, maddə 657; 2008, ¹ 2, maddə 130, ¹ 9, maddə 855; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddə 262; 2017, ¹ 5, maddə 1001) ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nın 1.1-ci bəndinin üçüncü abzasının ikinci cümləsində “yalnız nağdsız qaydada” sözləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 oktyabr.- S.3.