“Təqvim
ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər
təqvim illərində növbəti məzuniyyətdən
istənilən səbəbdən istifadə etməyən hərbi
qulluqçuya (müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularından başqa)
həmin
təqvim ili, habelə həqiqi hərbi
xidmətdə olduğu dövrün
digər təqvim illəri üçün
istifadə edilməmiş növbəti məzuniyyətə
görə kompensasiyanın ödənilməsi
qaydasının və məbləğinin müəyyən
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il
28 sentyabr tarixli 217
nömrəli qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 454
Bakı şəhəri, 18 oktyabr
2017-ci il
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3092 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 943; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 5, maddə 1006) 2-ci hissəsində “yalnız nağdsız qaydada” sözləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 21
oktyabr.- S.3.