“Azərbaycan Respublikasında dövlət
büdcəsindən maliyyələşən idarə, müəssisə
və təşkilatlarda nəqliyyat vasitələrindən
istifadə qaydalarının təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 457
Bakı şəhəri,
18 oktyabr 2017-ci il
“Standartlaşdırma,
metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin
mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli
Fərmanının 1.9-cu bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 747; 2012, ¹ 8, maddələr
827, 830; 2013, ¹ 3, maddə 347, ¹ 7, maddə 886, ¹ 8, maddə 1017,
¹ 10, maddə 1218; 2014,
¹ 1, maddələr
51, 69, ¹ 2, maddə 201, ¹ 4, maddə 441, ¹ 5, maddələr 572,
594, ¹ 6, maddə 747, ¹ 8, maddə 1015, ¹ 12, maddələr 1658,
1666; 2015, ¹ 2, maddə 227, ¹ 11, maddə 1417; 2016, ¹ 3,
maddə
609, ¹ 4, maddə 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1353, ¹ 8, maddə
1437, ¹ 9, maddələr 1585, 1589, ¹ 12, maddə 2241; 2017, ¹ 5,
maddə 966) ilə təsdiq edilmiş 2 nömrəli əlavə
- “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti
və məhkəmə orqanlarının aparatları (hərbi
qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat
xidmətləri, hüquq-mühafizə və prokurorluq
orqanları, rayon (şəhər) məhkəmələri
istisna olmaqla), mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələri, onların
yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin,
dövlət xidmətlərinin aparatları və onların
yerli bölmələri üçün xidməti minik
avtomobillərinin say həddi (limiti)”nin 47-ci, 48-ci və 49-cu sətirləri
ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 21 oktyabr.- S.3.