Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli
136 nömrəli qərarı ilə təsdiq edilmiş
“İnzibati orqanların Təsnifatı”nda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 458
Bakı şəhəri,
18 oktyabr 2017-ci il
“Standartlaşdırma, metrologiya,
akkreditasiya və
patent hüququ obyektlərinin
mühafizəsi sahələrində
idarəetmənin təkmil-ləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.9-cu bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, № 8, maddə 861, № 9, maddə
923, № 10, maddə 1021, № 12, maddə
1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr
282, 293, № 8, maddələr 674, 675, 680, №
10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə
1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə
855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə
1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr
1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə
312, № 6, maddə 736, № 7, maddə
918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə
612, № 6, maddə 799, № 11, maddə
1413; 2016, № 2 (II kitab), maddə
381, № 4, maddələr 781, 831, № 5, maddə 955,
№ 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 avqust tarixli 320 nömrəli qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 35.1-ci, 35.2-ci və 35.3-cü bəndlər ləğv edilsin.
2. V bölmə aşağıdakı redaksiyada verilsin:
“V.Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 21
oktyabr.- S.3.