Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 471

Bakı şəhəri, 27 oktyabr 2017-ci il

 

 

 

Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanu-nunda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 yanvar tarixli 2596 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 343; 2005, ¹ 6, maddə 548; 2009, ¹ 11, maddə 936; 2017, ¹ 3, maddə 501) ilə təsdiq edilmişDövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 8-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“8. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 31 oktyabr.- S.6.