Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 472
Bakı şəhəri,
27 oktyabr 2017-ci il
“Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12
yanvar tarixli 2596 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 391; 2005, ¹ 4, maddə 377, ¹
6, maddə 548; 2007, ¹ 2, maddələr 197, 201; 2008, ¹ 2, maddə
105, ¹ 9, maddə 862; 2009, ¹ 11, maddə 936; 2012, ¹ 1, maddə 44;
2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955, ¹ 9, maddə 1596;
2017, ¹ 6, maddə 1237) ilə təsdiq edilmiş “Dövlət
büdcəsinin tərtibi və icrası Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. 5.20-ci
bəndin birinci cümləsindən “, bu Qaydaların 5.42-ci bəndinin
üçüncü abzasında nəzərdə tutulan
hallar istisna olmaqla” sözləri çıxarılsın.
2. 5.21-ci
bənd üzrə:
2.1.
birinci abzasdan “, bu Qaydaların 5.42-ci bəndinin
üçüncü abzasında nəzərdə tutulan
hallar istisna olmaqla” və “(məqsədli təyinatlı maliyyələşmələr
istisna olmaqla)” sözləri çıxarılsın;
2.2. ikinci abzas aşağıdakı
redaksiyada verilsin:
“Bu vəsait
dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə
və (və ya) növbəti ilin dövlət büdcəsi
xərclərinin on ikidə bir hissəsi həmin il üzrə
Qanunun 7-ci maddəsində göstərilən xərclərin
ödənilməsinə yönəldilir, habelə bu
Qaydaların 5.44-cü bəndində nəzərdə
tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə
Azərbaycan Respublikasının Dövlət Neft Fonduna
köçürülür.”.
3. 5.42-ci
bənd üzrə:
3.1.
üçüncü abzas ləğv edilsin;
3.2.
dördüncü abzasdan “, yuxarıdakı abzasda nəzərdə
tutulan hallar istisna olmaqla, ” sözləri
çıxarılsın;
3.3.
altıncı abzasa “üzrə” sözündən sonra
“hesabat ili ərzində” sözləri və “yönəldilərək”
sözündən sonra “, il ərzində” sözləri əlavə
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 31 oktyabr.- S.6.